“Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşərək ölüb

Bu gün saat 20:00 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.

Aznews.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin Mətbuat xdməti məlumat yayıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Bütün səylərə baxmayaraq ərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.