Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğulub öldü

Bakıya qardaşı evinə qonaq gələn şəxs dəm qazından boğularaq ölüb.

Aznews.az xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək həyatını itirib.

Aznews.az