- Hadisə
- 18:41
- 1 474
Masazırda evdə yanğın olub
Abşeron rayonu Masazır qəsəbəsindəki evdə baş verən yanğın nəticəsində 46 yaşlı qadın ölüb.
Aznews.az xəbər verir ki, hadisə qəsəbənin Abşeron küçəsində qeydə alınıb.
Həmin küçədəki fərdi yaşayış evlərindən birində baş verən yanğın zamanı ev sahibi, 46 yaşlı Nigar Eminbəyli yanaraq həyatını itirib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.