Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var.

Aznews.az xəbər verir ki,"Opel", "Ford" və daha bir avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü S.Məmmədova və 1996-cı il təvəllüdlü Y.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.