- Hadisə
- 19:09
- 1 258
Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 83 %-ə yaxın artırıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 170 not hərracı keçirib.
Aznews.az xəbər verir ki, bu barədə qurumun illik "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 82,8 % çoxdur.
Hesabat dövründə baş tutmuş hərraclardan 43-ü 28 günlük, 42-i 84 günlük, 43-ü 168 günlük, 42-i isə 252 günlük notlar üzrə olub. İl ərzində dövriyyədə olan notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişkən olub, avqust ayında 744,2 milyon manat olmaqla maksimuma çatıb. İlin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 370,8 milyon manat təşkil edib.
Bundan başqa, ötən il açıq bazar əməliyyatları qismində likvidliyin tənzimlənməsində dəstəkləyici alət kimi 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam etdirilib.