Naxçıvanda hərbi hissədə yanğın olub

Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.

Aznews.az xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.