- Hadisə
- 11 Aprel 10:46
- 1 735
Xaçmazda yol qəzasında bir nəfər ölüb
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, Həsənqala kəndi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 36 yaşlı İzzət Cəlilovu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.