- Hadisə
- 11 Aprel 12:23
- 1 860
7 yaşlı qız kanalda boğuldu
Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Aznews.az xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib.
A.Mustafazadənin meyiti sudan çıxarılaraq təhvil verilib.
Araşdırma aparılır.