Ağdamda qəza zamanı həyatını itirən şəxslərin kimliyi məlum oldu

Ağdamda qəza zamanı həyatını itirən şəxslərin kimliyi məlum olub.

Aznews.az xəbər verir ki, hadisə nəticəsində Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu dünyasını dəyişib. Yaralanan şəxsin isə “Hyundai” markalı avtomobilin sürücüsü Cəfərov Sadiq Rafael oğlu olduğu bildirilib.

Qeyd edək ki, Ağdam rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Xıdırlı kəndi istiqamətində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik avtomobili ilə “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

İlkin məlumatlara əsasən, həyatını itirən şəxslərin hərbçi olduqları bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.