- Paytaxt
- 10:52
- 1 912
İran Azərbaycana söz verib - Ceyhun Bayramov
İran tərəfi Azərbaycana atılan dronlarla bağlı məsələnin ciddi araşdırılması barədə söz verib.
Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bu hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal buna reaksiyası olub. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız olub. İran İslam Respublikasının Prezidenti tərəfindən Azərbaycan Prezidentdə zəng olub. Mənim bu məsələ ilə bağlı İran xarici işlər naziri ilə telefon danışıqlarım olub. İran tərəfinin yanaşması ondan ibarətdir ki, bu dronla İran tərəfindən atılmayıb üçüncü ölkələrin təxribatı həyata keçirib. Onlar bu məsələnin ciddi araşdırılması barədə Azərbaycan tərəfinə söz veriblər. Indiki mərhələsi məsələ ilə bağlı vəziyyət belədir”, - deyə XİN başçısı qeyd edib.