Ata və 13 yaşlı oğlu dəm qazından öldü, digər azyaşlı övladı...

Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib.

Hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.

Aznews.az xəbər verir ki, onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.

İyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.

Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Aznews.az