Bill Klinton: “İran xalqı Qərblə normal münasibətlər istəyir”

"İran xalqının öz azadlıqları uğrunda mübarizə aparan cəsur qadın və qızlarının cəsarəti məni heyran etdi".

AzNews.az xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Bill Klinton tviter səhifəsində yayımladığı videomüraciətdə deyib.

"Bu mübarizə baş örtüyündən imtina etməkdən daha artığıdır. Bu, sadə hüquqlar, danışmaq və sərbəst toplaşmaq, açıq geyinmək, məhkəmə qarşısında bərabərlik, özləri və uşaqları üçün qurduqları xəyalları həyata keçirmək hüquqları uğrunda mübarizədir. Azad olmağınız üçün nə qədər lazımdırsa, o qədər də sizə dəstək olacağıq", - deyə eks-prezident bildirib.

B.Klinton beynəlxalq ictimaiyyəti İran xalqını dəstəkləməyə çağırıb: “İran xalqı Qərblə normal münasibətlər istəyir və bizim dəstəyimizə layiqdirlər”.

Pərvanə