- Ermənistan və Gürcüstan
- 12 İyul 2023 11:03
- 10 212
İran Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb
İran, Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasından sonra İranın nəzarəti altında olan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suverenlik iddiasında olduğu Fars körfəzindəki üç ada ilə bağlı verilən birgə bəyanata cavab olaraq Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Aznews.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Tehranın etirazları nazirliyə çağırılan Rusiya səfiri Aleksey Yurieviç Dedova çatdırılıb.
Sözügedən adaların “əbədi” İrana aid olduğu və Rusiyanın bu məsələdə yanaşmasını düzəltməsinin gözlənildiyi bildirilib.
Rusiyanın Tehrandakı səfiri Dedov İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq, vəziyyəti ən qısa zamanda Moskvaya çatdıracağını bəyan edib.
Mövsüm