İranda polisi öldürməkdə təqsirli bilinən 2 nəfər edam edilib

İranın İsfahan əyalətinin Fuladşəhr şəhərində polis əməkdaşını silahla öldürməkdə təqsirli bilinən iki nəfər edam edilib.

Aznews.az xəbər verir ki, bu barədə Fuladşəhr Məhkəməsinin sədri Məsud Mesudifer mövzu ilə bağlı məlumat verib.

Mesudifer, "18 noyabr 2021-ci il tarixində Lencan rayonunda başlayan silahlı qarşıdurmada leytenant İhsan Nasirini qətlə yetirən Kaidi Neseb və Muhammedi Beramın edam hökmü icra olundu",-deyə qeyd edib.

Oğurluq və ictimai asayişi pozmaqda cinayət keçmişi olan iki şəxs 27 mart 2022-ci ildə polis qüvvələrinə rəhbərlik edən leytenant Nasiri öldürdükləri səbəbiylə edam cəzasına məhkum edilib.

Mövsüm