- Ermənistan və Gürcüstan
- 13 İyul 2023 12:56
- 10 666
İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı deportasiya edir
İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı ölkələrinə deportasiya etdiyini açıqlayıb.
Aznews.az Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, Xorasan Rezevi vilayətinin Polis İdarəsinin rəisi Məcid Şoca bildirib ki, son günlərdə ölkənin müxtəlif bölgələrində sərhədçilər və polis qrupları tərəfindən aşkarlanan 17 min 926 qeyri-qanuni əfqan mühacir deportasiya edilib.
İran rəsmisi bildirib ki, əfqanlar Doğarun Sərhəd Qapısı vasitəsilə vətənə qaytarılıb.
Digər tərəfdən İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu bildirib.
Əhməd Vahidi bildirib ki, əfqan mühacirlərin ölkə üçün təhlükəsizlik problemi yaratdığına dair heç bir məlumatı yoxdur.
Mövsüm