Gürcüstan Aİ üzvlüyünə namizəd statusu almaq üçün 9 ilkin şərti yerinə yetirməlidir -Cozef Borrell

Gürcüstan Aİ üzvlüyünə namizəd statusu əldə etmək üçün hələ də bizim 12 ilkin şərtdən 9-nu yerinə yetirməlidir.

Aznews.az xəbər verir ki, Aİ-nin ali nümayəndəsi Cozef Borrell Tbilisidə mətbuat konfransı zamanı bildirib.

Mətbuat konfransı zamanı o, Avropa Komissiyasının 12 prioritet təqdim etdiyini, Gürcüstanın 3-nü yerinə yetirdiyini, 9-nun isə hələ də qaldığını vurğulayıb. O, qeyd edib ki, bütün doqquz ilkin şərt Gürcüstan üçün vacib və zəruridir; o, hələ görüləsi işlərin olduğunu qeyd edib, lakin bunun üçün hələ vaxtın olduğunu əlavə edib.

Borrelin sözlərinə görə, Tbilisi xüsusilə qanunun aliliyi, insan hüquqları və media azadlığı sahələrində islahatlar aparmalıdır.

Ali Nümayəndə vurğulayıb ki, Avropa Komissiyası bu ilin payızında genişlənmə ilə bağlı hesabat dərc edəcək və bu hesabatda müxtəlif dövlətlərin Aİ-yə daxil olmaq yolunda islahatların həyata keçirilməsində əldə edilmiş tərəqqi qiymətləndiriləcəkdir.

O, qeyd edib ki, qarşıdan gələn hesabatda Avropa Komissiyası Aİ-yə üzvlük istiqamətində irəliləyiş əldə etmək üçün hər bir ölkə üçün tövsiyələr verəcək. Üzvlüyə namizəd statusunun verilməsi və ya üzvlük danışıqlarının başlanması ilə bağlı yekun qərar bu ilin sonunadək veriləcək.

Mövsüm