Salome Zurabişvilinin impiçment sənədi Konstitusiya Məhkəməsinə təqdim edib

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı sənədi baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Aznews.az xəbər verir ki, bu barədə "Civil Georgia" məlumat yayıb.

Sentyabrın 12-də səhər saatlarında parlament çoxluğunun nümayəndəsi Konstitusiya Məhkəməsinə prezidentin impiçmenti məsələsi ilə bağlı vəsatət qaldırıb. İdarədən bildiriblər ki, hazırda sənədin qeydiyyata alınacağı, məhkəmə prosesinin nə vaxt başlayacağı məlum deyil.

Bundan əvvəl, sentyabrın 11-də parlamentin prosessual komitəsinin sədri İrakli Kadagişvili bildirib ki, sənədi 80 deputat imzalayıb.

Mövsüm