Gürcüstan hakimiyyəti ABŞ-ə səfərdən imtina etdiyini açıqlayıb

Gürcüstan rəhbərliyinin nümayəndələri bu ölkəyə tərəfdaşlıq və yardım məsələlərini müzakirə etmək üçün ABŞ-ə səfər etmək barədə bu yaxınlarda edilən dəvəti qəbul etməkdən imtina ediblər.

Bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan mayın 2-də məlumat verib.

“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli rəsmilərini ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı istənilən məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu”, - diplomatın bəyanatında deyilir.

Mövsüm

Aznews.az