Aİ Nümayəndəliyi: Gürcüstan kursu dəyişməsə, Aİ-yə inteqrasiyada irəliləyiş olmayacaq

Gürcüstan siyasi kursunu dəyişməyincə Avropa İttifaqına (Aİ) inteqrasiya yolu ilə irəliləməyəcək.

Bu barədə Aİ-nin Tbilisidəki nümayəndəliyində məlumat verilib.

“Gürcüstanın yeri Avropa İttifaqındadır, lakin hazırkı kurs dəyişməsə, Gürcüstan Aİ yolunda irəliləyə bilməyəcək”, – "Facebook" sosial şəbəkəsində yerləşdirilən mesajda deyilir.

Eyni zamanda, diplomatik nümayəndəlik Gürcüstanın Avropa İttifaqına gedən yolu tutmaq istəyini qətiyyətlə dəstəklədiyini qeyd edib.

Mövsüm

Aznews.az