- Ermənistan və Gürcüstan
- 6 Avqust 18:55
- 9 868
Mixail Saakaşvili əfv edilə bilər
Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət lideri Mixail Saakaşvilinin əfv edilməsinin mümkünlüyünü etiraf edib, çünki o, onunla və onun Vahid Milli Hərəkat Partiyası ilə ittifaqdadır.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.
“Mixail Saakaşvilinin sayəsində Salome Zurabişvili öz vəzifəsində qaldı",- Papuaşvili qeyd edib.
Spikerin sözlərinə görə, əgər prezident Axali partiyasının lideri Nika Qvaramiyanı əfv edibsə, o zaman Saakaşvili məsələsində də eyni şeyi etmək çətin olmayacaq.
Mövsüm
AzNews.az