Ermənistan ABŞ-ın mülki nüvə texnologiyalarına çıxış tələb edir

ABŞ Ermənistanın mülki nüvə sahəsində əməkdaşlığı nəzərdə tutan 123 sazişinə qoşulmaq üçün müraciətini araşdırır.

Dövlət Departamentinin nümayəndəsi bu barədə "CivilNet" -ə yazılı şərhində bildirib.

“ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatlarını bölüşmür, lakin deyə bilərik ki, Dövlət Departamenti Ermənistanın 123-cü sazişə qoşulmaq istəyinə lazımi diqqət yetirir”,- Vaşinqton qeyd edib.

Bundan əlavə, Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar Yerevanla mülki nüvə əməkdaşlığını dərinləşdirmək imkanlarını alqışlayır.

Mövsüm

AzNews.az