Paşinyan: Kommunikasiyaların açılması üzrə işçi qrupu etimadsızlıq səbəbindən fəaliyyət göstərmir

Regional nəqliyyat kommunikasiyalarının açılması məsələsi üzrə Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu etimad problemləri səbəbindən fəaliyyət göstərmir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib.

"Ermənistan, Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri formatı məlum səbəblərdən, o cümlədən bəzi praktiki problemlər, mövcud mətnin təfsiri ilə bağlı fikir ayrılıqları səbəbindən artıq çoxdan fəaliyyət göstərmir", - o bildirib.

Paşinyan vurğulayıb ki, sözügedən işçi qrupu "müəyyən etimadsızlıq" səbəbindən fəaliyyət göstərmir.

AzNews.az