Paşinyan: Biz Azərbaycan vasitəsilə üçüncü ölkələrlə əlaqələrin qurulmasında maraqlıyıq

Ermənistan kommunikasiyaların açılması məsələsinə ərazi bütövlüyü kontekstində baxır.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə, vurğulamaq lazımdır ki, biz Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində görmüşük, görürük və görəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq", - o qeyd edib.

İrəvan regionda nəqliyyat kommunikasiyalarının açılmasında, həmçinin Ermənistandan üçüncü ölkələrə Azərbaycan ərazisi vasitəsilə, Azərbaycandan üçüncü ölkələrə isə Ermənistan ərazisi vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında maraqlıdır.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

"Biz ikitərəfli əmtəə dövriyyəsində, Ermənistandan üçüncü ölkələrə Azərbaycan ərazisi vasitəsilə, Azərbaycandan üçüncü ölkələrə Ermənistan ərazisi vasitəsilə beynəlxalq əlaqələrdə, həmçinin tranzit mübadiləsində maraqlıyıq", - o qeyd edib.

Baş nazir bildirib ki, Ermənistan kommunikasiyaların açılması məsələsini ərazi bütövlüyü kontekstində nəzərdən keçirir: "Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə vurğulamaq lazımdır ki, biz maraqlarımızı Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində təqdim etmişik və təqdim edəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq".

AzNews.az