Levon Ter-Petrosyanın partiyası Ermənistanda seçkilərdə iştirak edəcək

Ermənistan Milli Konqresi Partiyası 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Aznews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə partiyanın idarə heyətinin sədr müavini Aram Manukyan bildirib.

"Baş nazir postuna namizədimiz partiyanın idarə heyətinin sədr müavini Levon Zurabyan olacaq", - o qeyd edib.

Xatırladaq ki, "Ermənistan Milli Konqresi"nin sədri Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyandır.