- Ermənistan və Gürcüstan
- 13:50
- 1 009
Gürcüstanda 20 milyon dollar dəyərində heroin müsadirə olunub
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları "qara bazar"da dəyəri təxminən 20 milyon dollar olan 157 kq ağırlığında böyük heroin partiyasını saxlayıblar.
Aznews.az xəbər verir ki, bu barədə brifinq zamanı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
"Daxili İşlər Nazirliyinin əməkdaşları 30 dekabrda böyük narkotik partiyasını saxlayıblar. İran vətəndaşı saxlanılıb, o, yük maşını ilə qonşu ölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotiklər mərmər lövhələrin içinə yerləşdirilmişdi", - deyə o bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi cinayətə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi üçün istintaqı davam etdirir.
"İstintaq Cinayət Məcəlləsinin ömürlük həbs cəzasını nəzərdə tutan maddələri üzrə aparılır", - deyə nazir müavini qeyd edib.