- Ermənistan və Gürcüstan
- 15:12
- 781
Nazir: Ermənistan 2026-2027-ci illərdə modul tipli AES-in tikintisi ilə bağlı qərar qəbul edəcək
Ermənistan Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreyadan modul tipli atom elektrik stansiyalarının (AES) modelləri ilə bağlı təkliflər alıb.
Aznews.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, model seçimi ilə bağlı yekun qərar hələ qəbul edilməyib:
"Düşünürəm ki, model seçimi məsələsi 2026 və ya 2027-ci ildə həll olunacaq. Ona görə də tələsmək lazım deyil. Model seçimindən asılı olaraq hansı ölkə ilə işləyəcəyimizə qərar veriləcək. Çünki atom elektrik stansiyalarının modul sistemləri əvvəllər geniş yayılmamışdı və əlavə tədqiqatlara ehtiyac var. Biz hazırda bununla məşğuluq".