Dövlət başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlət başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
  • Paytaxt
  • 16 Noyabr 2018 16:22
  •  1 574

Prezident Bakıya qatarla qayıtdı - Fotolar

Dövlət başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt dəmir yolu stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı görülən və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlət başçısında məlumat verib.

Üçmərtəbəli Sumqayıt Dəmir Yolu Vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya gəlib.





© AzNews.az