Bu gün Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilir. Bu gün Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilir.
  • Paytaxt
  • 24 Yanvar 2019 16:06
  •  1 916

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

Bu gün Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilir.

İclasda çıxış edən komitənin sədri İsa Həbibbəyli bildirib ki, ötən sessiyada 7 iclas keçirilib və gündəliyə 12 məsələ daxil edilib. Payız sessiyasında “Elm haqqında”, “Ümumi təhsil haqqında”, “Təhsil haqqında” qanun layihələrinin müzakirəsi keçirilib. Hesabat dövründə komitəyə daxil olan sənədlərin qeydiyyat kitabında 149 müraciət qeydə alınıb. Bunlardan 137 müraciətlə əlaqədar müxtəlif qurumlara 102 məktub göndərilib.

Müraciətlərin təhlili göstərilir ki, burada əsas məsələlər dərs yükünün və əmək haqqının artırılması, həmçinin işlə təmin olunma məsələlələri, tələbələrin ödənişli təhsil problemi, bir sıra vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərdir. 2019- cu ilin yaz sessiyası üçün iş planı isə “Ümumi təhsil haqqında”qanun layihəsinin plenar iclaslarda oxunması və “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır. Bunun üçün İşçi Qrup yaradılacaq, materiallar toplanılacaq.(qafqazinfo.az)

© AzNews.az