Prezident İlham Əliyev sərəncam imzalayıb Prezident İlham Əliyev sərəncam imzalayıb
  • Paytaxt
  • 11 İyun 2019 12:47
  •  3 481

Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılıb.

AzNews.az