Bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb Bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 23 Oktyabr 2019 15:06
  •  10 800

Vergilər Nazirliyi ləğv edildi - İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi

Bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Zahid İsayev işdən azad edilmiş sayılır.

AzNews.az