Qurum məlumat yayıb Qurum məlumat yayıb
  • Paytaxt
  • 17 Mart 2021 16:35
  •  5 124

DGK Novruz bayramından sonra gücləndirilmiş iş rejiminə keçəcək

Qurum məlumat yayıb

Martın 23-dən etibarən Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə AzNews.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, buna səbəb Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.