- Paytaxt
- 5 Aprel 2021 10:36
- 5 069
"Bu, etnik təmizləmənin bir təzahürüdür" - Prezıdentin köməkçisi sərt danışdı
Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb
“Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü mülki əhalinin həyatını xilas etməyə yönəlib”.
Bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, beynəlxalq ictimaiyyətin mina təhlükəsinin aradan qaldırılmasında rolu çox əhəmiyyətlidir.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəlib: “Bu, etnik təmizləmənin bir təzahürüdür. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur. Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb və bu da Azərbaycanın dayanıqlı inkişafına mane olur”.
AzNews.az