- Paytaxt
- 24 Sentyabr 20:06
- 1 229
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X" səhifəsində paylaşım edib.
"Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır", - paylaşımda qeyd olunub.