- Dünyanın halı
- 24 Sentyabr 22:34
- 1 202
Əş-Şaraa: Suriya İsraillə diplomatik nizamlanmada maraqlıdır

Suriya 1974-cü ildə imzalanmış, İsrail ilə Suriya qüvvələrinin Holan təpələrində ayrılmasını nəzərdə tutan razılaşmaya sadiqdir.
"Aznews.az" xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının tribunasından çıxış edən Suriya Prezidenti Əhməd əş-Şaraa deyib.
O bildirib ki, yəhudi dövləti ilə fikir ayrılıqlarını həll etmək üçün diplomatik vasitələrdən istifadə edəcək.
"İsrailin Suriyaya qarşı təhdidləri ötən il dekabrın 8-dən, əvvəlki rejimin hakimiyyətdən uzaqlaşdırıldığı vaxtdan bəri səngimir. İsrail Dəməşqdə keçid dövründən istifadə edərək regionu yeni münaqişələr riskinə məruz qoydu, lakin biz müharibə istəmirik və mövcud böhranı həll etmək üçün dialoq və diplomatiyadan istifadə edirik", - Suriya lideri qeyd edib.