XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin ildönümü ilə bağlı paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür.

Qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzu edirik”.

Aznews.az