- Paytaxt
- 09:04
- 2 300
Ceyhun Bayramov Türkiyəyə getdi: TDT toplanır!
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
XİN-dən Aznews.az-a verilən məlumata görə, 7 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
AzNews.az