- Köhnə - Cəmiyyət
- 1 Fevral 2016 13:08
- 2 629
Cəbrayıl rayon sakinində silah aşkarlandı
Cəbrayıl rayon sakini G.Rəsulovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan "Makarov" markalı tapança və 8 ədəd patron götürülüb. Onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilən "İJ" markalı tüfəng və 19 ədəd patron da aşkar edilərək götürülüb.