“Gəncə Dəmiryolçular Parkının doğrudan da təmirə ehtiyacı var”. “Gəncə Dəmiryolçular Parkının doğrudan da təmirə ehtiyacı var”.

Rəsulzadənin nəvəsi: “Bütün bunlardan sonra Elmar Vəliyev...”

“Gəncə Dəmiryolçular Parkının doğrudan da təmirə ehtiyacı var”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəzulzadə Gəncədə babasının büstünün yerləşdiyi parkın hasarlanması xəbərinə münasibət bildirərkən deyib.


O, sözügedən parkın hazırda bərbad halda olduğunu qeyd edib: "Yəqin ki, parkı lazımi tədbirlərin görülməsi məqsədilə hasarlayıblar. İnanmıram ki, parkın ətrafının hasarlanması Məhəmməd Əmin Rəsulzadənin heykəlinə görə olsun".

R.Rəsulzadə bununla bağlı prezidentin sərəncamı olduğunu və Milli Məclisdə müzakirələrin aparıldığını vurğulayıb: "Bütün bunlardan sonra Elmar Vəliyev başqa məqsəd güdə bilməz".

Xatırladaq ki, fevralın 1-də 132-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı hasarlanıb. Bundan bir müddət əvvəl isə parkın ətrafı açıq olsa da, büstün başına torba keçirilmişdi. Uzun müddətli ictimai qınaqdan sonra millət vəkillərinin də məsələyə qarışması ilə büstün başındakı torba çıxarılmışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az