Goranboy rayonunda yaşayan Xocalı sakini Tural Salmanov ağır xəstəlikdən əziyyət çəkir. Goranboy rayonunda yaşayan Xocalı sakini Tural Salmanov ağır xəstəlikdən əziyyət çəkir.

Xocalıdan olan Turala kömək lazımdır – Səhiyyə Nazirliyinə müraciət

Goranboy rayonunda yaşayan Xocalı sakini Tural Salmanov ağır xəstəlikdən əziyyət çəkir.


AzNews.az xəbər verir ki, T.Salmanov uzun illər qaraciyər və dalağındakı müxtəlif xəstəliklər diaqnozu ilə müalicə alıb. Səhiyyə Nazirliyinin göstərişi ilə Xocalı, Gəncə və Bakı xəstəxanalarında müalicəsini davam etdirsə də, Turalın vəziyyəti ağır olaraq qalır.

Turalın səhhəti ilə bağlı həkimlər müxtəlif rəy bildirirlər. Bəziləri uşağa qaraciyər köçürülməli olduğunu deyir. Lakin bu əməliyyat uşağın ailəsinin imkanları xaricindədir. Rayon sakinlərinin sözlərinə görə, T.Salmanovun valideynləri küçə süpürərək evə gəlir gətirir. Bu səbəbdən ailə Səhiyyə Nazirliyindən və aidiyyəti qurumlardan kömək istəyir.

Qeyd edək ki, Salmanovlar ailəsi Goranboy rayonu, Qaçqınlar qəsəbəsi, Birinci bina, 4-cü blok, mənzil 56-da yaşayır.

Əlaqə telefonu: 055-737-12-31