Media Təqib Mərkəzi fevral ayında yerli kütləvi informasiya vasitələrində mobil operatorlarla bağlı tirajlanan yazılarn monitorinqini aparıb. Media Təqib Mərkəzi fevral ayında yerli kütləvi informasiya vasitələrində mobil operatorlarla bağlı tirajlanan yazılarn monitorinqini aparıb.

İlin ən yaxşı mobil operatoru, yoxsa yeni internet fırıldağı?

Media Təqib Mərkəzi fevral ayında yerli kütləvi informasiya vasitələrində mobil operatorlarla bağlı tirajlanan yazılarn monitorinqini aparıb.


AzNews.az monitorinqin nəticələrini təqdim edir:

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1235 xəbər yerləşdirilib. Bunlardan 87-si mənfi, 111-i müsbət, 1037-u isə neytral xəbərlərdir.

Mənfi xəbərlər operatorlar arasında belə bölünüb:

Bakcell (37 xəbər - operatorun analoqu olmayan yeni internet fırıldağı),
Azercell (25 xəbər – operator istehlakçıların hüquqlarını kobud şəkildə pozur),
Nar Mobile (25 xəbər - şirkətinin rəhbər vəzifələri arasında nələr baş verir?).

Müsbət xəbərlər operatorlar arasında belə bölünüb:

Azercell (56 xəbər - sosial şəbəkələrdə liderliyini qoruyub saxlayır),
Bakcell (55 xəbər - 2015-ci ilin ən yaxşi mobil şəbəkəsi adina layiq görüldü).

Xəbər sayına görə sıralama:

1. Azercell 616 xəbər
2. Bakcell 524 xəbər
3. Nar Mobile 94 xəbər
4. NaxTel 1 xəbər


Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 148 xəbər dərc edilib. Bu xəbərlərdən 131-i neytral, 17-si müsbət xəbərlərdir.

Müsbət xəbərlər operatorlar arasında belə bölünüb:
Bakcell (9 xəbər - operator sosial şəbəkələrdə liderliyini qoruyub saxlayır),
Azercell (8 xəbər - operator ən yaxşı mobil şəbəkəsi adına layiq görülüb).

Xəbər sayına görə sıralama:

1. Azercell 79 xəbər
2. Bakcell 62 xəbər
3. Nar Mobile 5 xəbər
4. NaxTel 2 xəbər

Fevral ayında televiziya kanallarında mobil operatorlarla bağlı 6 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Azercell 3 xəbər
2 . Bakcell 3 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.