Bu günlərdə Oksford Universitetinin Müəllimlər Akademiyası Avropa Azərbaycan Məktəbində orta təhsil müəssisələrinin 26 nəfər ingilis dili müəlliminə təlimlər keçib. Bu günlərdə Oksford Universitetinin Müəllimlər Akademiyası Avropa Azərbaycan Məktəbində orta təhsil müəssisələrinin 26 nəfər ingilis dili müəlliminə təlimlər keçib.

Avropa Azərbaycan Məktəbində təlim keçirib - Müəllimlər üçün

Bu günlərdə Oksford Universitetinin Müəllimlər Akademiyası Avropa Azərbaycan Məktəbində orta təhsil müəssisələrinin 26 nəfər ingilis dili müəlliminə təlimlər keçib.


Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AzNews.az-a verilən məlumata görə, təlimin məqsədi müəllimləri yeni metodologiyalarla tanış etmək, onların bilik və bacarıqlarını artırmaq, "Oxford University Press" Nəşriyyat Evinin dərsliklərinin Azərbaycan təhsilində daha uğurla tətbiq edilməsidir. Təlimlər müəllim heyəti üçün çox faydalı və məhsuldar olub. Müəllimlər bu təlimlərin davamlı olmasını istəyib və yenidən böyük məmnuniyyətlə iştirak etmək arzularını təlimin təşkilatçılarına bildiriblər.

Ümumilikdə 9 sessiyadan ibarət olan təlimlər Oksford Universiteti Müəllimlər Akademiyasının təlimçisi Bill Bouler tərəfindən keçirilib. Müəllimlər böyük həvəslə ev və dərs günü tapşırıqlarını yerinə yetiriblər. Oksford Universiteti Müəllimlər Akademiyası təxminən 2 ay müddətində təlimçi müəllimlərin doldurduqları formaları diqqətlə yoxlayacaq və müəllimlər sertifikatla təltif olunacaqlar.

"TEAS Press" Nəşriyyat Evi dünyada ən böyük universitet nəşriyyatı olan "Oxford University Press" (OUP) Nəşriyyatının ingilis dilinin tədrisi və digər nəşrlərin yayımı üzrə 2015-ci ilin may ayından etibarən Azərbaycanda rəsmi distribüteri təyin olunub.

"Oxford University Press" Nəşriyyatının materialları Azərbaycanda müəllim və tələbələrin, eləcə də müxtəlif sahələrdə çalışan və ingilis dilindən istifadə edən mütəxəssislərin bu dildə olan müasir ədəbiyyatla tanış olması, həmçinin onların ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır. "OUP" nəşriyyatı ingilis dilinin öyrənilməsi vasitəsilə müəllim və şagirdlərin dünya görüşünün genişlənməsinə imkan yaradır.

"OUP" nəşriyyatı ingilis dilinin tədrisində materialların çapı sahəsində zəngin təcrübəyə malikdir. OUP-in satışlar və beynəlxalq inkişaf üzrə direktoru Saymon Mavin deyib: "Təhsil insanların həyatını yaxşıya doğru dəyişir və biz çox şadıq ki, "Oxford University Press" Nəşriyyatının "TEAS Press" Nəşriyyat Evi ilə əməkdaşlığı sayəsində Azərbaycandakı müəllim və tələbələr bizim Oksford Universitetinin orijinal nəşrlərindən bəhrələnə biləcəklər".

"Oxford University Press" Nəşriyyatı Oksford Universitetinin bir departamenti kimi fəaliyyət göstərir. Bu nəşriyyat tədqiqat işlərində, təqaüd və təhsil sahəsində müxtəlif nəşrlər çap etməklə dünyada universitetin mükəmməlliyə nail olmaq məqsədini təbliğ edir.

"OUP" dünyanın ən böyük qlobal əhatəli universitet nəşriyyatıdır. Hazırda nəşriyyat ildə 7 min yeni kitab çap edir, onun 50-dən çox ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Bu nəşriyyatı müxtəlif nəşr proqramlarına görə milyonlarla insan tanıyır. Buraya bütün akademik sahələr üzrə elmi işlər, məktəb dərslikləri, uşaq kitabları, xarici dil olaraq ingilis dili üzrə tədris vəsaitləri, biznes sahəsində kitablar, lüğətlər, təlimat kitabları və elmi jurnallar daxildir.