Vətən yolunda sıravi

Yəhya Babanlı




SSRİ-dən miras qalan və Ermənistan tərəfindən başlanılan - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzalanan atəşkəsdən (1994, 12 may) sonra ilk dəfədir ki, danışıqlar prosesi döyüş vəziyyətinə keçib. Kənar qüvvələrin aləti kimi Ermənistan, Azərbaycanın ölkə daxili uğurlarına və müstəqil xarici siyasətinə qısqanclıqla yanaşaraq, öz havadarlarının göstərişi ilə atəşkəsi pozdu. Lakin bu addım onu geriyə çəkilməyə məcbur etdi. Onlar yenə "yetim xalçası"nın üstündə "timsahın göz yaşları"nı axıtmağa başladılar. Yalan-saxta uydurmalarla, yalvarışlarla "müstəqil dövlət" olduqlarını göstərdilər. Azərbaycan ordusu öz qadirliyi və qüdrəti ilə layiq olduğu "yüksəklikləri" ələ keçirərək onları haqq etdikləri geriyə çəkilməyə vadar etdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə məlum işgüzar səfəri, onun ardınca ABŞ-da IV Nüvə Təhlükəsizliyi Sammitinə qatılması konkret olaraq, Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha nümayiş etdirdi. Səfər çərçivəsində ölkə başçısının milli nöqteyi-nəzərdən əhəmiyyətli və məhsuldar görüşlər keçirməsi "erməni xislətini" rahat buraxmadı.
Nəticədə dünya tarixinə "3 günlük" və Azərbaycan tarixinə isə qızıl həriflərlə "Böyük qələbə" kimi düşən müharibə aparıldı. İyirmi beş il bundan əvvəl ölkədəki ictimai-siyasi gərginlikdən sui-istifadə edərək Ermənistanın bizim "Axilles dabanı"mızdan istifadə edərək ərazimizi zəbt etməsi "Andranikin qulağı"nı yaddan çıxarmışdır. Lakin "3 gün"də onlar gördülər ki, məkan həmin məkan olsa da zaman həmin zaman deyil. Bu torpaqlar əzəli Azərbaycan ərazisi olduğu kimi, əbədidə olacaqdır. Tarixi və mənəvi haqqına sahib çıxmağı bacaran xalqımız bu torpaqlarda yaratdıqları böyük dövlətləri bərpa edəcəkdir.
Ulu öndər Heydər Əliyevin qətiyyətli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə əzmkar Azərbaycan xalqı öz müqəddəratın şəksiz həll edəcəkdir. Onun, " Ermənistan və İrəvan da qədim Azərbaycan torpaqlarıdır və bunu hər kəs bilməlidir" fikirləri məkirli düşmənin başını "əhləd daşı"na vurmalı idi.
Artıq Azərbaycanın zəfər coşqulu Milli Ordusu Xankəndinə üç rəngli müqəddəs bayrağı sancacaq gücə malikdir. Məhz bu ərəfədə xalqımız Heydər Əliyevin "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik" prinsiplərinə sədaqət və sadiqlik ifadə etdi.
Mübaliğəsiz demək olar ki, bu "yüksəlik"lə yanaşı, üstünlükdür. Beləliklə, "danışıqlar masası"nda yenə də söz və qətiyyət sahibinə çevrildik! Beynəlxalq münasibətlər sisteminin gərildiyi bir vaxtda belə bir situasiyanın yaradılması Ermənistanın məkirli niyyətini bir daha ifşa etdi. Erməni diasporu və lobbisi Azərbaycana qarşı apardığı təbliğatda da uduzduğunu anladı. Cünki "yalan ayaq tutar yeriməz" demişdir babalarımız.
Azərbaycan diaspor və lobbisinin həqiqətə söykənən açıq-aydın fəaliyyəti də beynəlxalq ictimaiyyətin düzgün mövqeyini ortaya qoymasına şərtləndirdi.
Ən əsası:

1. xalqımız bir daha öz müdrikliyini, mükəmməlliyini və möhtəşəmliyini nümayiş etdirdi;
2. xalqın seçdiyi lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha milli iradəsini, əzmini və qətiyyətini təsdiq etdi;
3. dövlətin və cəmiyyətin ruhu təzələndi, kiçikdən-böyüyə hamı bir nəfər kimi öz vətənpərvərlik hissini ortaya qoydu;
4. bütövlükdə azərbaycanlıların, ələlxüsus gənclərin vətənin daşına çevrilməyi bəyan etmək imkanı yarandı;
5. beynəlxalq ictimaiyyət bir daha ədalətli yanaşmanın kimə məxsus olduğunu gördü;
6. hər bir sahədə yekdillilik göstərildi, informasiya-təbliğat istiqamətində də həmrəylik nümayiş etdirildi;
7. şəhidlərimizi qohum-əqrəbaya bölmədik: onları vətənin övladı, hər birimizin doğması, əzizi və qardaşı bildik.
Milli maraq-dövlətçilik naminə birlik qədim və zəngin ənənələrə malik xalqlarda olur ki, bunu biz haqk etmişik.
Bu xüsusda, ORT-də yayımlanan "Время покажет" verlişində ermənipərəst mövqe nümayiş etdirənlərə üzümü tutur və bəyan edirik: Bəli, "Zaman göstərəcək"!:
"Erməni xisləti"nə alət olun! İndi "haqlı" olan erməni faşistləri bütün yan və anları (Yerevan) özünküləşdirmək niyyətində olduğu kimi gələcəkdə Ryazanı da (hətta İvanı da) iddia edəcəkdir. Onu da belə dəstəkləyərsiniz!!!
Hələ-hələ Ларисa Dolina - (Rusiyanın xalq artisti, estrada - caz müğənnisi-səhnəyə Azərbaycanda ayaq açan) peyda olub-fala baxanlıq edir. Azərbaycanın havası-suyu ilə böyüyən - Bakıda ilk addımını atan və insanlığı öyrənən şəxs, çörəyi dizinin üstündə olan, indi bir erməni əpbəyinə özünü satır... Yaşlaşdıqca daha çox gündəmdə olmaq istəyən Dolina bilməlidir ki, Muğam nə dərəcədə ermənilərə məxsusdursa, özləri də bir o qədər erməni millətinə mənsubdur! Şəksiz olaraq təkrarlayım ki, Muğam Azərbaycan xalqının ruhunu özündə əks etdirir. Qədim mənəvi-fəlsəfi duyğumuzu və düşüncəmizi izhar edir.
Milli Ordumuzun həyata keçirdiyi uğurlu əks-həmlələr nəticəsində Ermənistanın de-fakto rəhbərliyi başa düşməlidir ki, onların yeritdiyi faşist-işğalçılıq siyasəti məntiqsiz və mənasızdır. Milli vəhdət, birlik və həmrəyliyimiz Ermənistanın və onun havadarlarının məkirli niyyətlərinə son qoyacaqdır. Ulu əcdadlarımız yaxşı deyiblər: Haqq nazilər üzülməz.

Qələbə bizimlədir-hər şey qələbə üçün!
Vətənin yolunda sıraviyik!