- Köhnə - Cəmiyyət
- 22 Noyabr 2016 14:29
- 13 032
İrəvana, toya gedən azərbaycanlı stilist: “Axı, siz qoyun sürüsü deyilsiniz”
Ermənistanın paytaxtı İrəvanda, erməni toyunda iştirak edən əslən azərbaycanlı stilist Nazilə Mehtiyeva onu qınayanları tənqid edib.
AzNews.az xəbər verir ki, Rusiyada yaşayan stilist Nazilə Mehtiyeva onu tənqid edənləri "sirk düzəltmək"də ittiham edib:
"Mən Ermənistana da, Azərbayacana da rahat gedib-gələ bilərəm. Heç kim mənə heç nə edə bilməz. Mən təmiz azərbaycanlı qanı daşıyıram. Öz rəfiqəmin toyunda iştirak etmək üçün İrəvana getməyimdə pis nə var ki?! İdmançıların, siyasətçilərin ora getməsinə heç nə demirsiz. Sakitləşin. Sirk düzətlməyin. Siz qoyun sürüsü deyilsiniz, insansınız. Öz fikriniz olsun, siyasətçilərə aldanmayın. Kimin məyinə lazımdır, mən hara gedirəm? Öz həyatınızla məşğul olun. Mənim ora getməyim mənim hüququmdur. "
Rusiyada yaşayan əslən azərbaycanlı stilist Nazilə Mehtiyeva rəfiqəsinin toyunda iştirak etmək üçün İrəvana gedib. Erməni mahnıları ilə rəqs edən azərbaycanlının iştirak etdiyi toy məclisində təqdim edilən video-çarxların birində Azərbaycan sözləri ilə mahnı da səslənib.




