Fövqəladə halar naziri qonağa respublikada fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib Fövqəladə halar naziri qonağa respublikada fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib

Kəmaləddin Heydərov Uruqvay prezidentinin xüsusi elçisini qəbul edib

Fövqəladə halar naziri qonağa respublikada fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verib və Azərbaycan ilə Uruqvay arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildirib.

Qonaq da öz növbəsində hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.