“O, Qarabağ haqqında əsər yaza bilməz, amma mən yaza bilərəm, vəssalam” “O, Qarabağ haqqında əsər yaza bilməz, amma mən yaza bilərəm, vəssalam”

Aqil Abbas – Seyran Səxavət qalmaqalı böyüyür

“O, Qarabağ haqqında əsər yaza bilməz, amma mən yaza bilərəm, vəssalam”





Yazıçılar - Seyran Səxavət və Aqil Abbas arasındakı qalmaqal böyüyür. Məlumat üçün bildirək ki, buna səbəb Seyran Səxavətin aşağıdakı açıqlaması olub: "Qarabağ haqqında ən yaxşı əsəri nə Seyran Səxavət yaza bilər, nə də Aqil Abbas. Qarabağ haqqında ən yaxşı əsəri ancaq Müdafiə Nazirliyi yaza bilər".

Bununla bağlı AzNews.az-a açıqlama verən Aqil Abbas da öz növbəsində həmkarını cavabsız qoymayıb: "Seyran Səxavət mənim ağsaqqalımdı, böyük yazıçıdır. Amma o, Qarabağ haqqında əsər yaza bilməz, amma mən yaza bilərəm, vəssalam. Qarabağ haqqlnda əsəri məndən gözəl heç kim yaza bilməz. O ki, qaldı Müdafiə Nazirliyi məsələsinə, bax, bununla mən də razıyam. Düz deyir. Qarabağ haqqında ən gözəl filmi Müdafiə Nazirliyi çəkə bilər. Yəni, nazirlik Qarabağı azad edər, bu da olar film".

Bahar Rüstəmli
AzNews.az