Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib

İtkin düşən neftçilərin axtarışları davam etdirilir- Kiçik həcmli gəmilər cəlb edilib

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib

Axtarış-xilasetmə Qərargahından AzNews.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.