İdmançıdan şok açıqlama: “Onların nəslində bir kişi yoxdur”

“İnstaqramda yazan kişilərin çoxu qeyrətsiz və şərəfsizdirlər.”

AzNews.az xəbər verir ki, bunu tanınmış müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallı onu məhkəməyə verən jurnalistlə bağlı fikir bildirərkən deyib.

Kamil Zeynallı heç kəsdən qorxmadığını bildirib: “Evimdə, nəsil-nəcabətimdə qadınlar var. Gör, kiminsə balasına, oğluna, kişisinə söz deyib, yox. Çünki, hamı öz ailəsini fikirləşir, ərini, yoldaşını, qardaşını fikirləşir. Gör nə qədər yazıq insanlarsınız ki, ağzınıza gələni yazırsınız. Bu qədər söymüşəm, o qadınları. Onların nəslində bir kişi yoxdur ki, mənim qarşıma çıxıb desin ki, mənim qadınımı, qohumumu niyə söymüsən. Yoxdur. Çünki kişi yoxdur. Onların nəslində kişi yoxdur deyə ağzına gələni yazırlar. Həmçinin o instaqramda yazan kişilər var ha, onların da çoxusu qeyrətsiz və şərəfsizdirlər. Kişi sözü arxada deyil, üzə deyər. Nə eləmişəmsə əcəb etmişəm”.

Kamil Zeynallı, bu məsələdə sona qədər gedəcəyini vurğulayıb: “Kim nə deyir desin, söyəcəyəm, axıra qədər də gedəcəyəm”.

İdmançı Kamil Zeynallı xanım aparıcı Şəbnəm Həsənovanı təhqir edib. Aparıcı isə həmin təhqirləri Kamil Zeynallıya ünvanlayıb. Bundan sonra jurnalist Əfruzə Ağayeva Ş.Həsənovadan müsahibə alıb. Bu idmançını əsəbiləşdirib və o, sosial şəbəkədə Ə.Ağayevanın fotosunu paylaşaraq, onu təhqir edib. K.Zeynallı bundan sonra jurnalistin fotosunu silib.

Bahar RÜSTƏMLİ

AzNews.az