"Azərbaycan “Diffomasiya haqqında” qanunu müəyyən şərtlər daxilində qəbul etməyə hazırdır" "Azərbaycan “Diffomasiya haqqında” qanunu müəyyən şərtlər daxilində qəbul etməyə hazırdır"

Əli Hüseynli “Diffomasiya haqqında” qanundan danışdı

"Azərbaycan “Diffomasiya haqqında” qanunu müəyyən şərtlər daxilində qəbul etməyə hazırdır"





Azərbaycan "Diffomasiya haqqında" qanunu müəyyən şərtlər daxilində qəbul etməyə hazırdır." Bunu SalamNews-a Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib.

O deyib ki, Cinayət Məcəlləsində 147 və 148-c maddələr saxlanılmaq şərti ilə parlamentdə "Diffomasiya haqqında" qanun qəbul oluna bilər: "Biz Venesiya Komisiyasına, digər beynəlxalq qurumlara, o cümlədən media ilə bağlı təşkilatlara bununla bağlı mövqeyimizi bildirmişik. Azərbaycan "Diffomasiya haqqında" qanununu Fransa modelinə uyğun, yəni şərəf və ləyaqti alçaldan, təhqirə yol verilən hallarla bağlı məculiyyət cəlb etmə müddəaları Cinayət Məcəlləsində saxlanmaqla qəbul edilə bilər və bu məslədə heç bir problem yoxdur."

Komitə sədri vurğulayıb ki, amma nə ATƏT, nə Venesiya Komissiyası, nə də digər qurumlar bu təkliflə razı deyillər. Onlar bu maddələrin, ümumiyyətlə, ləğv olunmasını təklif edirlər.

Onun sözlərinə görə, bu qanun layihəsi hazırda rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilib və sənəd onlar tərəfində öyrənilir. Venesiya Komissiyasının rəyindən sonra layihə mətbuat nümayəndələrinin iştirakı ilə müzakirə olunub Milli Məclisin gündəliyinə salına bilər: "Amma ümid etmirəm ki, qanun layihəsinin yaz sessiyasında müzakirəsi təşkil olunsun. Müzakirənin payız sessiyasında aparılması istisna deyil. Bu, sənəd üzərində işin yekunlaşmasından asılıdır."

AzNews.az