Qaz çəkmək üçün 20-dən çox sakindən pul alan şirkət yoxa çıxıb. Qaz çəkmək üçün 20-dən çox sakindən pul alan şirkət yoxa çıxıb.

Qaz çəkmək adı ilə pul yığdılar - Aldatdılar - Video

Qaz çəkmək üçün 20-dən çox sakindən pul alan şirkət yoxa çıxıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, yaşayış evlərinə qaz xəttlərinin podratçı şirkətlər tərəfindən çəkilməsi bir çox hallarda vətəndaşlara problem yaradır. Əksər hallarda işlər ya tam təhvil verilmir, ya da ki sonda şirkət pulu yığıb aradan çıxır.

Belə hadisələrdən biri paytaxtın Binə qəsəbəsi sütçülük savxozunda yaşayan sakinlərin başına gəlib.

Özünü əvvəl "Azəriqaz"ın işçisi kimi təqdim edən edən Emin adlı şəxs sonrada fərqli şirkətlərin adını verərək vətəndaşlardan ümumilikdə 9 min manata yaxın pul alıb.

Sakinlərin hesabına evlərə qədər qaz boruları çəkilsə də sonradan bu proses tamamilə daynıb.İndi isə bu qaz boruları sadəcə görünüş olaraq qalıb.

Saxta şirkət nümayəndəsi hətta Bəzi sakinlərin evlərinin səndini də özüylə götürüb aparıb.

Vətəndaşlar bu barədə polisə şikayət etsələr də,aralaraında heçbir müqavilə bağlanmadığına görə indi həmin şirkəti tapa bilmirlər.

Məsələylə bağlı "Azəriqaz" ASC-dən “Xəzər Xəbər”ə bildirildi ki, podratçı şirkət ilə vətəndaşlar arasında olan məsələlərə "Azəriqaz" qarışmır. Və həmin ərazidə işlər tam görülüb qurtarıldıqdan sonra "Azəriqaz" layihəhə baxış keçirib, qiymətləndirməlidir.Və yalnız bundan sonra layihə norma və tələblərə uyğundursa, pulsuz sayğaclar veriləcək və evlər qazla təmin olunacaq.