Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub. Bayram çadrları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Satıcılar burada satılan məhsulların bazardakılardan ucuz olduğunu bildirirlər. Bayram çadırları mart ayının 25-ə kimi fəaliyyət göstərəcək. Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub. Bayram çadrları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Satıcılar burada satılan məhsulların bazardakılardan ucuz olduğunu bildirirlər. Bayram çadırları mart ayının 25-ə kimi fəaliyyət göstərəcək.

Bakıda bayram çadırları quruldu - Video

Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub. Bayram çadrları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Satıcılar burada satılan məhsulların bazardakılardan ucuz olduğunu bildirirlər. Bayram çadırları mart ayının 25-ə kimi fəaliyyət göstərəcək.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bayram çadırları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir. Məqsəd sakinlərin bayram alış-verişini asanlaşdırmaqdır.

28 May metrostansiyasının qarşısında qurulmuş bu çadırda bayramlıq məhsulların qiymətləri ilə maraqlandıq. Burada şirniyyatlar, müxtəlif suvinerlər,güllər,ətirlər,eləcədə qab-qacaq satılır. Satıcılar deyir ki, burdakı qiymətlərlə bazardakılar arasında 15-20 faiz fərq var. Məsələn şirniyyatlar 5-12, suvunerlər 3-5, hədiyyəlşk məhsullar 5-30, Səməni 80 qəpiklə -2 manat arasında satılır.

Metronun elmlər akademiyasının qarşısında da bayram çadırı qurulub. Burada əsasən müxtəlif hədiyyəlik əşyalar satılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, hazırda paytaxtda 5 yerdə belə çadırlar qurulub və bunların sayı artırılacaq. Bayram Çadırları martın 25-ə qədər fəaliyyət göstərəcək.